14:59 - 17.06.2025
17 iyun, Fineko/abc.az. Azərbaycanda 2025-ci ilin ilk beş ayında hər nəfərə düşən nominal gəlir 2 568,4 manat olub ki, bu da illik müqayisədə 6,4% artım deməkdir.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat müddətində, əhalinin nominal gəlirləri 26,3 milyard manata çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% artım deməkdir.
Lakin eyni dövrdə inflyasiya səviyyəsi 6,3% təşkil etdiyindən, gəlirlərin real artımı ya çox cüzi olub.
Əhalinin banklardakı əmanətləri isə illik 14,6% artaraq 15,1 milyard manata yüksəlib. Orta aylıq əməkhaqqı 1 083,8 manat təşkil edib ki, bu da ötən ilə nisbətən 10% çoxdur.
Əhalinin sayı 10,2 milyon nəfərə çatmaqla illik 0,4% artım edib. Pərakəndə ticarət dövriyyəsi 18,4 milyard manat olub və 3,7% artım qeydə alınıb.
18 Avqust 2026