14:47 - 12.06.2025
12 iyun, Fineko/abc.az. Ağdam Sənaye Parkında fəaliyyət göstərən sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov bildirib.
Onun sözlərinə görə, Sənaye Parkının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən, 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar.
"Ağdam Sənaye Parkında fəaliyyət göstərən sahibkarlara cari ilin 1 iyun tarixinə qədər 126 təsdiqedici sənəd verilib. Bu sənədlər əsasında sahibkarlar idxal olunan texnika və texnoloji avadanlıqlara görə 8 milyon manatdan çox vəsaitə qənaət ediblər” - deyə E.Kazımov deyib.
18 Avqust 2026