Azərbaycan ən çox krediti bu təşkilatlardan alıb - Siyahı

16:00 - 30.05.2025


30 may, Fineko/abc.az. 2025-ci ilin məlumatlarına əsasən, Azərbaycanın ən böyük xarici kreditoru Asiya İnkişaf Bankıdır (ADB).

ABC.AZ-ın araşdırmasına əsasən, ölkəmizin xarici dövlət borcunun 35,1%-i ADB-yə aiddir.

Bundan sonra isə 27%-i beynəlxalq bazarlarda yerləşdirilmiş Eurobondlara və 15,8%-i Dünya Bankına məxsusdur.

Ümumilikdə, Azərbaycanın xarici dövlət borcunun 63,3%-i çoxtərəfli maliyyə institutlarına, 27%-i Eurobondlara və 9,7%-i ikitərəfli maliyyə institutlarından alınan kreditlərə aiddir. 

Bu struktur göstərir ki, Azərbaycan əsasən beynəlxalq maliyyə institutlarından borc alır və bu borcların əhəmiyyətli hissəsi ADB və Dünya Bankı kimi qurumlara aiddir.