09:00 - 23.05.2025
23 may, Fineko/abc.az. İslam İnkişaf Bankı Qrupunun növbəti ənənəvi illik toplantısı 2026-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək.
Bu barədə İslam İnkişaf Bankına üzv ölkələrin Əlcəzairdə keçirilən ənənəvi illik toplantısının yekun mətbuat konfransında qurumun prezidenti Məhəmməd Süleyman Əl-Cassir deyib.
O bildirib ki, təmsil etdiyi maliyyə qurumu Azərbaycanın bu mötəbər tədbiri yüksək səviyyədə təşkil edəcəyinə əmindir. (APA)
18 Avqust 2026