Aprel ayında qlobal alüminium ərintisi 2,2% artıb

11:03 - 21.05.2025


21 may, Fineko/abc.az. Cari ilin aprel ayında qlobal alüminium ərintisi ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% artaraq 6,033 milyon ton təşkil edib.

ABC.AZ xəbər verir ki, bu, beynəlxalq Aluminium İnstitutunun (IAI) materiallarından irəli gəlir.

O cümlədən Avropa ölkələri və Rusiya hesabat dövründə 578 min ton alüminium istehsal edib ki, bu da bir il əvvəlki göstəricidən 3% çoxdur. Bundan əlavə, Çində metal istehsalı 3,621 milyon ton metal (qeydə alınmış məlumatlara görə) təşkil etmişdir ki, bu da bir il əvvələ nisbətən 3,5% çoxdur, Asiya ölkələrində (Çin və Fars körfəzi istisna olmaqla) - 398 min ton (artım 1,3%).

Okeaniya ölkələri (Avstraliya, Yeni Zelandiya) aprel ayında 154 min ton (1,28% azalma); Fars körfəzi - 505 min ton (mənfi 2,7%) istehsal edib. Afrika dövlətləri alüminium ərintisini 5,6% artıraraq 132 min tona çatdırıblar.