10:31 - 21.05.2025
21 may, Fineko/abc.az. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi “AZ.Arxitektura” MMC ilə müqavilə bağlayıb.
ABC.AZ xəbər verir ki, müqavilədə Ağcabədi şəhər küçələrinə asfalt-beton yolların salınması və Ağcabədi şəhəri 20 Yanvar küçəsində yeni salınacaq istirahət parkında görüləcək işləri üçün layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 24 996 AZN təşkil edir.