Dörd ayda vergi daxilolmalarının 4 milyard 948 milyon manatı bu sektorun payına düşüb

11:59 - 12.05.2025


12 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda vergi daxilolmalarının 4 milyard 948 milyon manatı və yaxud 71,5 %-i qeyri-neft-qaz sektorunun payına düşüb.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 % çoxdur.

Xatırladaq ki, yanvar-aprel aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 6 milyard 923,5 milyon manat təşkil edib. Bu, 1 il əvvələ nisbətən 4 % çoxdur.

Bu il qurum büdcəyə 15,5 milyard manat vəsait köçürməlidir. Beləliklə, 4 ayda həmin məbləğin 31,9 %-i təmin olunub.