Rusiya Azərbaycanda yeni sənaye parkı yarada bilər

11:28 - 12.05.2025


12 may, Fineko/abc.az. Rusiyanın Sənaye və Ticarət Nazirliyi bu il Azərbaycanda yeni sənaye parkının yaradılmasına ümid edir.

ABC.AZ xəbər verir ki, bunu nazir müavini Roman Çekuşov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq sərgi çərçivəsində TASS-a müsahibəsində deyib.

“Bu il biz Sumqayıt şəhərində yeni sənaye parkının istifadəyə verilməsinə ümid edirik. Bu, azərbaycanlı tərəfdaşlarımızla birgə layihənin ilk təcrübəsidir. Əminik ki, buna Rusiya müəssisələrindən də tələb olacaq”, - deyə o bildirib. (Report)