İlk rübdə ARDNF-in listinqdə olan səhmlərinin dəyəri 13,4 milyard dollar olub

14:28 - 5.05.2025


5 may, Fineko/abc.az. 2025-ci ilin ilk rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) listinqdə olan səhmlərinin dəyəri 13,4 mlrd. dollar təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə ARDNF-dən bildirilib.

Qeyd edilib ki, bu dövrdə Dövlət Neft Fondunun səhmlərinə ən çox yatırım etdiyi TOP-10 şirkətlərə yenə qlobal informasiya texnologiya şirkətləri başçılıq edib.