12:25 - 2.05.2025
2 may, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) mərkəzi ofisi Dubayda yerləşən özəl səhm fondundan pay alıb.
ABC.AZ xəbər verir ki, bu barədə ARDNF-dən bildirilib.
Məlumata görə, 2025-ci ilin ilk rübündə Fond “Azzurra Capital” şirkətinin idarə etdiyi “Azzurra Capital Fund I” özəl səhm fondunda 20 milyon avro həcmində iştirak payına sahib olub.
Qeyd edək ki, sözügedən özəl səhm fondu 2023-cü ildə yaradılıb və Birləşmiş Ərəb Əmirliklərində yerləşir. Fondun portfelinin həcmi 652 milyon ABŞ dollarıdır və əsasən İtaliya olmaqla Avropada bir sıra aparıcı şirkətlərə investisiyaları nəzərdə tutur. (APA)
30 İyul 2026
28 İyul 2026
29 İyul 2026