Tramp hakimiyyətə gələndən sonra ABŞ-a 8 trilyon dollar investisiya cəlb edilib

10:46 - 1.05.2025


1 may, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp prezidentlik müddətinin ilk 100 günündə ölkəyə 8 trilyon dollar investisiya yatıra bildiyini bildirib.

ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, bu rəqəm Co Baydenin bütün 4 il ərzində rəhbərlik etdiyi əvvəlki administrasiyadan 8 dəfə çoxdur.

O, bu barədə Ağ Evdə ABŞ iqtisadiyyatının inkişafına həsr olunmuş iclasda bildirib.

Donald Tramp ABŞ-nin idxalına kütləvi rüsumlar tətbiq etdikdən sonra ölkəyə sərmayə qoymağa və “əvvəlkilərdən daha zəngin” olmağa çağırıb və əlavə edib ki, xarici mallara tariflərin tətbiqi kursunu dəyişməyəcək.