Alphabet avroobligasiyalar buraxmağa hazırlaşır

15:22 - 29.04.2025


29 aprel, Fineko/abc.az. Google-un ana şirkəti olan ABŞ-ın texnologiya nəhəngi Alphabet ilk dəfə avroistiqrazlar buraxmağı planlaşdırır və bu yolla ən azı 2,8 milyard dollar cəlb etməyi hədəfləyir.

ABC.AZ Bloomberg-ə istinadən xəbər verir ki, əməliyyat beş tranşdan ibarət olacaq və istiqrazların müddəti 4 ildən 29 ilə qədər dəyişəcək. İlkin faiz marjaları 85-dən 190 baza bəndinə qədər fərqlənir.

Analitiklərin fikrincə, bu yerləşdirmə şirkətə kapitalın maya dəyərini azaltmağa və süni intellekt sahəsinə gələcək investisiyalar, eləcə də səhmlərin geri alımı üçün əlavə imkanlar yaratmağa kömək edəcək.