Ötən il 30 mindən çox fərdi depo hesabı açılıb - MDM rəsmisi

12:09 - 29.04.2025


29 aprel, Fineko/abc.az. 2024-cü ildə Milli Depozit Mərkəzində (MDM) 30 mindən çox fərdi depo hesabı açılıb.

ABC.AZ-ın məlumatına görə, bunu media nümayəndələri ilə görüşdə Mərkəzin Startegiya şöbəsinin rəhbəri Əli Əliyev deyib.

O, əlavə edib ki, ümumilikdə Milli Depozit Mərkəzində 160 mindən çox fərdi depo heseabıdır. "Onlardan 105 minə yaxını aktiv hesabdır. Yəni, balansda qiymətli kağızlar var” - deyə Ə.Əliyev qeyd edib.

Müəllif: Elmir Murad