"Premier Kredit" BOKT-un lisenziyası ləğv edildi

11:40 - 25.04.2025


25 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) "Premier Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyasını ləğv edib.

ABC.AZ AMB-yə istinadən xəbər verir ki, lisenziya könüllü müraciət əsasında ləğv olunub.

BOKT bu qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.