Strateji valyuta ehtiyatlarımız 73 milyard dolları ötüb

11:29 - 25.04.2025


25 aprel, Fineko/abc.az. Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard ABŞ dollarını ötüb.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bu gün keçirilən "Sahibkarlar günü"nə və 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar “Konstitusiya və Suverenlik” - Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransda deyib.

"Yüksək valyuta ehtiyatları ölkənin iqtisadi sabitliyini göstərir və bu da yerli və xarici investorlar üçün cəlbedici mühit yaradır. Özəl sektorun ÜDM-də payı 83%, məşğulluqda isə 78%-dən artıqdır."- deyə Elnur Əliyev öz çıxışında məlumat verib.