11:22 - 25.04.2025
25 aprel, Fineko/abc.az. Azərbaycan 2025-ci ilin birinci rübü ərzində istehsal olunan kompüterlər üzrə artım müşahidə edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin birinci rübü ərzində Azərbaycanda 1 402 ədəd noutbuk və planşetlər istehsal olunub ki, bu da 2024-cü ilin birinci rübü ilə müqayisədə 75% artımı göstərir. 2024-cü ilin ilk rübündə isə 801 ədəd belə kompüter istehsal edilib.
Stolüstü kompüter istehsalı isə 2024-cü ilin birinci rübü ilə müqayisədə əhəmiyyətli artım göstərib. 2025-ci ilin birinci rübündə 1640 ədəd stolüstü kompüter istehsal olunub, bu da keçən ilin eyni dövrünə nisbətən 258% artımı deməkdir. 2024-cü ilin ilk rübündə isə bu rəqəm yalnız 458 ədəd olub.
Ötürücü aparaturlarının istehsalı da artıb. 2025-ci ilin ilk rübündə 2464 ədəd bu cür aparat istehsal olunub ki, bu da 2024-cü ilin birinci rübünə nisbətən 4.8% artımı göstərir. 2024-cü ilin ilk rübündə bu say 2350 ədəd olub.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026