15:17 - 18.04.2025
18 aprel, Fineko/abc.az. Azərbaycanın 2025-ci ilin ilk iki ayı ərzində mühərrik benzini idxalında ciddi artım qeydə alınıb və qiymətləri düşüb.
ABC.AZ xəbər verir ki, 2025-ci ilin yanvar-fevral aylarında 95 oktanlı mühərrik premium benzinlərinin idxalı 20 992 ton təşkil edib. Bu məhsulların dəyəri isə 17.93 mln. ABŞ dolları olub.
Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 12 375 ton və 11.76 mln. dollar səviyyəsində idi. Beləliklə, həm həcmi, həm də dəyəri baxımından idxalda təxminən 70%-ə yaxın artım qeydə alınıb.
Digər bir göstərici isə oktan ədədi 92 oktanlı (Aİ-92) mühərrik benzinlərinə aiddir. 2025-ci ilin ilk iki ayında idxal 40 878 ton təşkil edib, dəyəri isə 31.72 mln. dolları olub. Halbuki 2024-cü ilin müvafiq dövründə bu göstəricilər cəmi 8 772 ton və 7.02 mln dollar idi. Bu da illik müqayisədə təxminən 4.5 dəfəlik artım deməkdir.
18 Avqust 2026