Ötən ay Gürcüstanda inflyasiya iki illik maksimuma çatıb

15:39 - 3.04.2025


3 aprel, Fineko/abc.az. Gürcüstanda illik inflyasiya səviyyəsi mart ayında 3,5% təşkil edərək iki illik maksimuma çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti "Sakstat" məlumat yayıb.

İllik inflyasiyanın formalaşmasına əsasən ərzaq qiymətlərinin dəyişməsi təsir edib. Qida və alkoqolsuz içkilər 6,6%, tərəvəz və bostan məhsulları 21,3%, yağ və piylər 15,4%, qəhvə, çay və kakao 14,4% bahalaşıb.