17:03 - 2.04.2025
2 aprel, Fineko/abc.az. Çinin altı ən böyük bankında əsas fəaliyyət göstəricilərindən biri – xalis faiz gəliri rekord səviyyədə aşağı düşüb.
Belə ki, “Bank of China” və aktivlərinə görə dünyanın ən böyük bankı olan “Industrial and Commercial Bank of China” üçün bu göstərici 2024-cü ilin sonunda 1.48% təşkil edirdisə, 2021-ci ildə 2%-dən yuxarı olub.
ABC.AZ xəbər verir ki, sözügedən rəqəmlər “Financial Times”ın (FT) hesablamalarında öz əksini tapıb.
Qeyd edilib ki, Çin səlahiyyətliləri ölkənin yavaşlayan iqtisadiyyatını daha ucuz borclanma ilə stimullaşdırmaq üçün banklara artan təzyiqlərlə üzləşdikcə bankların gəlirliliyi aşağı düşür.
Bu tendensiyanın davam etməsi onu göstərir ki, hakimiyyət banklara təzyiq göstərir, onları ipoteka faizlərini aşağı salmağa, əmanətlər üzrə faizləri artırmağa, kiçik və orta biznes üçün kreditləri yenidən maliyyələşdirməyə məcbur edir.
Bu, bank əməliyyatlarının gəlirliliyinə təsir edir və banklar öz fəaliyyətlərini maliyyələşdirmək üçün əlavə vəsait cəlb etməyə məcbur olurlar.
18 Avqust 2026