Bankların mənfəəti 14,3 faiz azalıb - Hesabat

11:41 - 2.04.2025


2 aprel, Fineko/abc.az. 2025-ci ilin yanvar- fevral ayında Azərbaycan bankları 179.4 mln. manat xalis mənfəət əldə edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,3% azdır.

Bankların əməliyyat mənfəəti isə bu ilin ilk iki ayında 275.2 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7,7% azdır.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında banklar 209.8 mln. manat xalis mənfəət, 298.3 mln. manat məbləğində əməliyyat mənfəəti əldə edib. (APA)