Son üç ildə onların kredit portfeli 46 faiz artıb

15:23 - 12.03.2025


12 mart, Fineko/abc.az. Son üç ildə Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq (MKOS) subyektlərinin banklar üzrə kredit portfeli 46% artıb ki, bu da illik orta hesabla 15%-dən çox artım deməkdir.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Fuad İsayev 1-ci Milli Maliyyə Əlçatanlığı Forumunda bildirib.

Onun sözlərinə görə, son illərdə MKOS-un inkişafı üçün dövlət tərəfindən xüsusi tədbirlər həyata keçirilib:

“Mikro və kiçik sahibkarlıq subyektlərinə tətbiq olunan zəmanət mexanizmi, güzəştli kreditlər və faiz subsidiyası mexanizmləri kredit risklərinin azaldılmasında mühüm rol oynayır. Bu çərçivədə Mərkəzi Bank tərəfindən requlyativ tənzimləmələrdə də müəyyən yumşaldılmalar tətbiq olunub. 2024-cü ilin sonuna banklar tərəfindən MKOS subyektlərinə verilən kreditlərin qalıq məbləği 6,5 milyard manat təşkil edir”.