Bu zavodun nizamnamə kapitalı 103 milyon manata qaldırılıb

16:03 - 11.03.2025


11 mart, Fineko/abc.az. “Azərsun Holdinq” MMC-nin törəmə şirkəti “Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı” MMC-nin (AKKİK) nizamnamə kapitalı 103 milyon manata qaldırılıb.

ABC.AZ xəbər verir ki, bununla şirkətə əlavə 66.96 milyon manat və ya 185.8% artırılıb.

Buna qədər şirkətin 36.03 milyon manat nizamnamə kapitalı vardı.

Qeyd edək ki, AKKİK 2007-ci ildə təsis edilib.