Milli Məclis Vergi Məcəlləsində 10 dəyişiklik edib

14:16 - 7.03.2025


7 mart, Fineko/abc.az. Milli Məclis Vergi Məcəlləsində və bununla bərabər 10 qanunda dəyişikliyi birinci oxunuşda qəbul edib.

ABC.AZ xəbər verir ki, parlamentin bugünkü plenar iclasında Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunlarda dəyişiklik layihəsi ilk oxunuşda müzakirə edilib.