“Bubble Tea Mixue” iri Çin şəbəkəsinin səhmləri birjaya çıxdıqdan sonra 47% artıb

16:11 - 3.03.2025


3 mart, Fineko/abc.az. Çinin iri “Bubble Tea Mixue” içki şəbəkəsi Honkonqda ticarətin ilk günündə 47% bahalaşıb.

ABC.AZ xəbər verir ki, başlanğıcda səhmlərin qiyməti hər biri 298 Hong Kong dollarına (təxminən 38 dollar) çatıb. 

Şirkət səhmləri investorlara sataraq 444 milyon dollar cəlb edib. Yarısını Honq-Konq sakinləri, ikincisini isə əcnəbilər alıblar. Honkonq sakinləri 234 milyard dollarlıq ərizə verib. Bu, Hong Kong birjasında 2025-ci ilin ən iri IPO-dur. 

Bubble Tea — çay, süd və saqqız kürəciklərindən (tapioka və ya jeledən) hazırlanmış şirin bir içkidir. Mixue, bu içkinin satışlarına görə Çində liderdir.