Ötən ilin IV rübündə istehlak kreditlərinə tələb artıb

15:41 - 28.02.2025


28 fevral, Fineko/abc.az. Banklardan gələn sorğu nəticələrinə əsasən, 2024-cü ilin IV rübündə ümumi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə standartlarda sərtləşmə olmağına baxmayaraq tələbdə artım müşahidə edilib. Sorğuda iştirak edən respondentler növbəti rübdə istehlak kreditləri üzrə standartlarda və tələbdə dəyişiklik olmayacağı qənaətindədirlər.

ABC.AZ xəbər verir ki, sorğuda iştirak edən respondentlər maliyyələşmə mənbələrinin strukturunda hüquqi və fiziki şəxslərin müddətli depozitlərində artım olduğunu bildirib. Banklar növbəti rübdə eyni tendensiyanın davam edəcəyini gözləyirlər.

Sorğu nəticələrinə əsasən, maliyyələşmə mənbələrinin cəlb edilməsi istiqamətində banklararası rəqabətin artması şəraitində hüquqi və fiziki şəxslərin həm tələbli, həm də müddətli depozitləri üzrə maliyyələşmə dəyərində artım müşahidə olunub.