Yanvarda Azərkosmos tərəfindən dünyanın 36 ölkəsinə xidmətlər satılıb

14:11 - 28.02.2025


28 fevral, Fineko/abc.az. 2025-ci ilin yanvar ayında aylarında  Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 36 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

ABC.AZ xəbər verir ki, hesabat dövründə “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 69%-ni təşkil edib.

Qeyd olunan dövrdə 36 ölkədən 88-ə yaxın şirkətə peyk telekommunikasiya xidmətləri ixrac olunub.

Xidmət ixrac olunan ölkələr arasında Lüksemburq, Birləşmiş Krallıq, Misir, Türkiyə, Rusiya, Tanzaniya və CAR böyük paya sahibdir.