10:04 - 12.09.2018
12 sentyabr, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi ötən gün Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət qısamüddətli istiqrazlar (DQİ) reallaşdırıb.
BFB-in məlumatına görə, sentyabrın 11-də hərracda AZ0102008684 nömrəli, 10 milyon manat həcmində 182 gün tədavül müddətinə DQİ buraxılışı yerləşdirilmişdir.
15 investordan 46 160,2 min manat məbləğində 23 sifariş daxil olmuşdur. Sifarişlər bir istiqraza 94,3543 AZN-dan (gəlirlilik 12,0661%) 97,1106 AZN-ə qədər (6,0000%) qiymət intervalında təklif edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən, kəsmə qiyməti 92,4148 AZN (gəlirlilik 7,4986%), orta ölçülmüş qiymət isə 96,4633 AZN (7,3935%) səviyyəsində müəyyən edilmişdir.
Nəticədə 10 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir. Notların ödəmə tarixi: 12 mart 2019-cu il.