2025-ci ildə Azərbaycanda ÜDM-in real artımı 4 % təşkil edəcək - “Moody’s”

16:07 - 24.02.2025


24 fevral, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi 2025-ci ildə ölkədə iqtisadi artımı 3,5 %, Mərkəzi Bank isə 3,3 % səviyyəsində proqnozlaşdırır.

ABC.AZ xəbər verir ki, “Moody’s” beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2025-ci ildə Azərbaycanda ÜDM-in real artımı 4 % təşkil edəcək.

“Fitch Ratings” ölkə üzrə ÜDM-in 2025-ci ildə 3 %, 2026-cı ildə isə 2,4 % artacağını proqnozlaşdırır. Niderlandın ING bankı bu il Azərbaycanda iqtisadi artımı 2,6 %, gələn il isə 2,8 % səviyyəsində gözləyir.

2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 % artıb, nominal ÜDM 126,337 milyard manat (74,315 milyard ABŞ dolları) təşkil edib. (Report)