12:20 - 20.02.2025
20 fevral, Fineko/abc.az. Hindistan iqtisadiyyatı itirilmiş böyümə sürətini bərpa edib və zəif inflyasiya və vergi güzəştləri sayəsində istehlak tələbi yaxşılaşa bilər.
ABC.AZ xəbər verir ki, Bloomberg bu barədə Hindistanın Ehtiyat Bankının (RBI) aylıq bülleteninə istinadən yazır.
Aqrar rayonlarda tələb yaxşı kənd təsərrüfatı göstəriciləri ilə dəstəklənir, şəhərlərdə isə büdcədə nəzərdə tutulan gəlirlərin və vergi güzəştlərinin artması sayəsində bərpa oluna bilər.
Goldman Sachs, Hindistan iqtisadiyyatının böyümə proqnozunu mart ayında bitən maliyyə ili üçün 10 baza bəndi artıraraq 6,2%-ə yüksəltdi və gələn il üçün 6,3% artım proqnozlaşdırdı.