Azərbaycanın su ehtiyacının 70%-i xarici ölkələrdə formalaşır

16:07 - 18.02.2025


18 fevral, Fineko/abc.az. Günlük 300 min kubmetr dəniz suyununun duzsuzlaşdırılıb şəbəkəyə ötürülməsi planlaşdırılır.

ABC.AZ xəbər verir ki, bunu ACWA Power şirkətinin Azərbaycan və Türkiyə üzrə direktoru Selim Güven deyib.

O bildirib ki, Azərbaycanın su ehtiyacının 70%-i xarici ölkələrdə formalaşır. Bu baxımdan dəniz suyunun duzsuzlaşdırılması olduqca vacibdir.

“Azərbaycanın su güvənliyini, Bakının su ehtiyacını qarşılayacaq dəniz suyunun duzsuzlaşdırılması layihəsinin inşaatını 2.5 il ərzində tamamlayacayıq’- deyə Selim Güven qeyd edib. Apa