Büdcə ödənişlərindən yayınmaların azalmasının səbəbləri açıqlandı

14:22 - 13.02.2025


13 fevral, Fineko/abc.az. Vergi sistemində rəqəmsallaşma büdcə ödənişlərindən yayınma ehtimalının minimuma endirilməsinə və vergi nəzarətinin gücləndirilməsinə mühüm töhfə verib.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən forumda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, həyata keçirilən islahatlar Azərbaycan iqtisadiyyatının inkişafına, dövlətin maliyyə təminatının artmasına və ölkənin beynəlxalq ticarətdəki mövqeyinin güclənməsinə şərait yaradır: “Vergi xidmətinin qarşısında duran vəzifələr uğurla icra olunur və bu prosesdə beynəlxalq təcrübə əsasında hazırlanmış müasir xidmətlər, sahibkarlara dəstək tədbirləri, rəqəmsallaşma və şəffaflıq prinsipləri xüsusi rol oynayır”.