Mədənçıxarma sektorunda yanvarda istehsal azalıb, ya artıb?

12:35 - 13.02.2025


13 fevral, Fineko/abc.az. 2025-ci ilin yanvar ayında mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,6 faiz, əmtəəlik qaz hasilatı isə 4,8 faiz azalıb.

ABC.AZ xəbər verir ki, emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 47,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 39,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 35,9 faiz, neft məhsullarının istehsalı 26,7 faiz, hazır metal məmulatlarının istehsalı 26,2 faiz, içkilərin istehsalı 26,0 faiz, qida məhsullarının istehsalı 24,7 faiz, elektrik avadanlıqlarının istehsalı 20,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 12,2 faiz, tikinti materiallarının istehsalı 2,2 faiz artmış,

kompüter, elektron və optik məhsulların istehsalı 3,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 3,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 4,2 faiz, mebel istehsalı 7,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 17,1 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 20,7 faiz, əczaçılıq məhsullarının istehsalı 30,2 faiz, tütün məmulatlarının istehsalı 35,5 faiz, kağız və karton istehsalı 36,7 faiz, geyim istehsalı 43,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 51,5 faiz, maşın və avadanlıqların istehsalı 52,6 faiz, sair sənaye məhsullarının istehsalı 56,1 faiz, poliqrafiya məhsullarının istehsalı isə 62,9 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 32,4 faiz artıb.