11:45 - 13.02.2025
13 fevral, Fineko/abc.az. 2019-cu il yanvarın 1-i ilə bu il yanvarın 1-nə əmək müqavilələrinin sayı 33 faiz, qeyri-neft /özəl bölmə üzrə isə 82,1 faiz artıb.
ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” adlı Forumda deyib.
O bildirib ki, bu il yanvarın 1-nə əmək müqavilələrinin sayında ən çox artım olan sahələr ticarət - 29,6%, xidmət - 22,7%, sənaye -12,9% təşkil edir. Maliyyə, rabitə, kənd təsərrüfatı və nəqliyyat sektorlarında 2,3-4,7% aralığında aşağı səviyyədə artım müşahidə edilib.
"Əmək müqavilələrinin 52,3%-i ticarət və xidmət sahələrinin payına düşür" deyə nazir əlavə edib.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026