Azərbaycan qazı gələn il hasilatın zirvəsinə çatacaq - Proqnoz

14:11 - 12.02.2025


12 fevral, Fineko/abc.az. "Azərbaycanın qaz hasilatında son illərdə əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Bu il və ya gələn il bu hasilatın zirvəyə çatacağını proqnozlaşdırırıq".

ABC.AZ xəbər verir ki, bunu “Fitch Ratings”in baş direktoru və suveren reytinqlər qrupunun inkişaf etməkdə olan Avropa ölkələri üzrə rəhbəri Erik Arispe (Erich Arispe) deyib.

O bildirib ki, son illərdə neft hasilatında davamlı azalma müşahidə edilib və bu tendensiya 2022-2023-cü illərdə sürətlənib.