Yanvar ayında illik inflyasiya 5,4% təşkil edib

12:44 - 12.02.2025


12 fevral, Fineko/abc.az. 2025-ci ilin yanvar ayında Azərbaycanda inflyasiya 1% təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar ayında inflyasiya 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,4 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5 %, qeyri-qida məhsulları üzrə 2,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8,4 % təşkil edib.

2025-ci ilin yanvar ayında 2024-cü ilin yanvar ayı ilə müqayisədə illik inflyasiya 5,4%, o cümlədən ərzaq, içki və tütün məmulatları üzrə 5%, qeyri-ərzaq məhsulları üzrə 2,6%, xidmətlər üzrə 8,4% təşkil edib.

2024-cü ilin yekunlarına görə Azərbaycanda illik inflyasiya 4,9% təşkil edib.