2024-cü ildə Azərbaycanda 126,3 milyard manatlıq ÜDM istehsal olunub

15:10 - 11.02.2025


11 fevral, Fineko/abc.az. Azərbaycanın iqtisadi artım tempi dünyada orta göstəricini üstələyir.

ABC.AZ xəbər verir ki, bunu qurumun icraçı direktoru Vüsal Qasımlı bildirib.

O, ölkənin investisiya reytinqi almasını və MDB-də kredit reytinqinə görə ilk üçlükdə mövqelənməsini, həmçinin xalis xarici kreditor mövqeyinin ümumi daxili məhsulun (ÜDM) 150 %-dən, xalis dövlət aktivlərinin isə ÜDM-in 70%-dən çox olmasını qeyd edib.

V.Qasımlının fikrincə, bu göstəricilər investisiyaların cəlb edilməsi və innovasiyaların inkişafı istiqamətində imkanlar yaradır.

2024-cü ildə Azərbaycanda 126,3 milyard manatlıq və yaxud 2023-cü illə müqayisədə 4,1 % çox ÜDM istehsal olunub.