Bunu etməsək biz lider mövqelərdə deyil, geriləməkdə olacağıq - Prezidentin köməkçisi

11:55 - 10.02.2025


10 fevral, Fineko/abc.az. Azərbaycan orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilməyə hazırdır.

ABC.AZ xəbər verir ki, bunu Prezidentin köməkçisi  Şahmar Mövsümov Dünya Bankının 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabatı"nın (World Development Report - WDR) Bakıda yüksək səviyyəli təqdimat tədbirində bildirib.

Onun sözlərinə görə, 1990-cı illərdən bəri cəmi 4 orta gəlirli ölkə yüksək gəlirli ölkələr sırasına keçib: "Azərbaycan da buna hazırdır. Bunu etmək asan olmasa da, biz hazırıq. Bununla bağlı iqtisadi layihələrin şaxələndirilməsi tələb olunur. Bunu etmədiyimiz halda biz lider mövqelərdə deyil, geriləməkdə olacağıq. Azərbaycan innovasiyalara yönəlmək üçün zəruri infrastruktura və bazaya malikdir: Biz bu zəmində çiçəklənən, inkişaf edən ölkəyə çevrilə bilərik".

Müəllif: Elmir Murad