10:39 - 4.02.2025
4 fevral, Fineko/abc.az. Bakıda və paytaxt ətafında müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən 10-a yaxın daşıyıcı şirkət Mərkəzi Banka və İqtisadiyyat Nazirliyinə müraciət edib.
ABC.AZ xəbər verir ki, daşıyıcı şirkətlər ictimai nəqliyyatda gediş haqlarının mərkəzləşdirilmiş qaydada yığılmasını və ödənilməsini təmin edən “K Group” MMC tərəfindən hüquqlarının pozulduğunu bildiriblər.
Şirkətlər qurum tərəfindən onların üzərinə külli miqdarda borc yazıldığını qeyd ediblər.
“K Group” MMC ilə özəl daşıyıcı şirkətlər arasında 23.09.2019-cu il tarixli, “Nəqliyyatın Avtomatlaşdırılmış İdarəetmə Sisteminin və Gediş Haqlarının Avtomatlaşdırılmış Ödəniş Sisteminin tətbiq edilməsi” haqqında üçtərəfli müqavilə bağlanıb. Həmin müqavilənin şərtlərinə əsasən “K Group” MMC gediş haqlarının mərkəzləşdirilmiş qaydada yığılması və daşıyıcıya ödənilməsini, o cümlədən (2.2.1-ci bənd) avtomatlaşdırılmış ödəniş sistemi, onun müvafiq komponentlərinin nəqliyyat vasitələrində quraşdırılması, xidmət göstərilməsi, (7.6-cı bənd) müqavilə üzrə xidmətlərin göstərilməsinə təsir göstərə bilən avtomatlaşdırılmış ödəniş sistemində baş verən səhvlər /nasazlıqlar/ qanunsuz müdaxilələr barədə dərhal daşıyıcıya məlumat təqdim etmək və sair öhdəlikləri üzərinə götürüb.
Lakin “K Group” MMC tərəfindən təqdim olunan xidmətlər müqavilə şərtlərinə uyğun icra edilmir, hesabatlar təqdim olunmadan, borc məbləğləri üzləşmə aktı əsasında dəqiqləşdirilmədən daşıyıcı şirkətlərə köçürülməli olan pul vəsaitlərindən birtərfli qaydada tutulma aparılır”, – müraciətdə deyilir.
3 Avqust 2026
4 Avqust 2026