İqtisadiyyat Nazirliyi işçilərinin sayı 5 651-ə çatdırılıb

17:04 - 3.02.2025


3 fevral, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi 4 494-dən 5 651-ə çatdırılıb.

ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

Fərmana əsasən, nazirliyin mərkəzi aparatının işçilərinin sayı həddi 499-dan 822-yə, nazirliyin strukturuna daxil olan qurumların işçilərinin say həddi isə 2 490-dan 3 324-ə çatdırılıb. Bunlardan da 2 641-i vəzifəli şəxs, 683-ü isə xidmət heyətidir.

Fərman bu il yanvarın 1-dən tətbiq edilir.