14:40 - 3.02.2025
3 fevral, Fineko/abc.az. Ötən ilin 12 ayında ən çox ixrac həyata keçirən şirkətlərdən olan “MKT İstehsalat Kommersiya” MMC 93,8 milyon manat gəlir əldə edib.
ABC.AZ xəbər verir ki, bu 2023-cü ilə nisbətən 5,1 milyon manat (6%) artıb.
“Silk Vey Vest Aviaşirkəti” MMC-nin ixracdan gəlirləri 75,7 milyon manat olub. 2023-cü ildə isə bu göstərici 776 min manat idi. Bu da illik müqayisədə 74,9 milyon manat (97,6 dəfə) artım deməkdir.
“Baku Steel Company” QSC-nin gəlirləri son bir il ərzində 2 milyon manat (3,2%) artaraq 65 milyon manata yüksəlib, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin gəlirləri isə 19,6 milyon manat (33,1%) azalaraq 39,6 milyon manata düşüb.
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin qazancı 15 milyon manat (63,6%) artaraq 38,6 milyon manata yüksəlib.
"Tabaterra" QSC 2024-cü ildə 34,6 milyon manat gəlir götürüb ki, bu da 2023-cü illə müqayisədə 26,9 milyon manat (4,5 dəfə) çoxdur.
“Khan-El” MMC-nin ixracdan gəlirləri 6 milyon (25%) artaraq 30 milyon manata, “Atena” MMC-nin gəlirləri isə 22,6 milyon manat (5 dəfə) artaraq 28,2 milyon manata çatıb.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026