Ələtdə iki böyük müəssisə fəaliyyətə başlayacaq

17:29 - 30.01.2025


30 yanvar, Fineko/abc.az. Bir il 7 ay əvvəl birinci mərhələsinin açılışı olan Əlat Azad  İqtisadi zonasında artıq bir neçə şirkət inşaat işlərinə başlayıb.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi zonanın İdarə Heyətinin sədri Valeh Ələsgərov Xəzər TV-yə açıqlamasında deyib.

O qeyd edib ki, bu il iki böyük müəssisə fəaliyyətə başlayacaq.

Valeh Ələsgərov qeyd edib ki, iqtisadi zonada həmçinin 200 min ton alüminium istehsal edən müəssisə tikiləcək. Burada 1300-1400 nəfər işlə təmin olunacaq. İqtisadi zonada fəaliyyətə başlayacaq ikinci böyük müəssisədə isə sənayedə tələb olunan məhsul istehsal ediləcək ki, burada da 800 nəfərdən çox iş yeri olacaq.