Trampın bu addımı qəhvə qiymətini kəskin artıra bilər

10:12 - 27.01.2025


27 yanvar, Fineko/abc.az. ABŞ prezidenti Donald Trampın Kolumbiyaya qarşı sanksiyalar və ticarət tarifləri tətbiq etmək qərarı artıq rekord dərəcədə bahalaşan qəhvə qiymətlərini daha da artıra bilər.

ABC.AZ xəbər verir ki, bu barədə “Axios”un məqaləsində bildirilib.

Qeyd olunub ki, Cənubi Amerika ölkəsi ABŞ-yə ikinci ən böyük qəhvə tədarükçüsüdür:

“Trampın Kolumbiyaya tətbiq etdiyi 25%-lik rüsumlar yalnız qəhvə qiymətlərindəki kəskin artımı daha da pisləşdirə bilər və amerikalılar səhər fincanları üçün daha çox pul ödəyəcək”, – məqalədə qeyd olunub.