11:15 - 10.01.2025
10 yanvar, Fineko/abc.az. Bu il Azərbaycandakı özəl daşıyıcıların ölkəyə 100-dən artıq avtobus gətirməsi gözlənilir.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev 2024-cü ildə nəqliyyat sahəsində həyata keçirilmiş işlərlə bağlı brifinqdə bildirib.
Bundan başqa, onun sözlərinə görə, ötən il 200 avtobus təmir edilərək xəttə qaytarılmış, həmçinin 165 ədəd elektrik avtobusu daşımalara cəlb edilib.
“Özəl daşıyıcılar 60 yeni avtobus gətirib və bunun bir hissəsi artıq istismara buraxılıb. 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib. Tam yeni avtobusların fəaliyyət göstərdiyi 2 yeni marşrut yaradılıb”, – deyə AYNA sədri qeyd edib.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026