11:45 - 28.12.2024
28 dekabr, Fineko/abc.az. İlk dəfədir ki, Azərbaycan şirkəti Türkiyə bazarından qiymətli kağız əldə edib.
ABC.AZ xəbər verir ki, xəbər verir ki, bunu "E-vote" sistemi ilə bağlı keçirilən brifinqdə Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev bildirib.
Sözügedən qiymətli kağızlarla bağlı detallı məlumat verən A.Xudaverdiyev kağızların 940 ədəd oluğunu bildirib:
"Türkiyə bazarından qiymətli kağızları alan invesitisiya şirkəti "ABB invest"dir. Belə ki, dekabrın 27-də "ABB invest" MDM-in köməyi ilə Türkiyə bazarından qiymətli kağızlar əldə edib. Kağızlar MDM-də saxlanılacaq. Bütün bu yeniliklər Mərkəzi Bankın 2024-26-cı illər strategiyasına uyğun həyata keçirilir. İnanıram ki, bu Azərbaycan iqtisadiyyatının gələcək inkişafına böyük töfhə vermiş olacaq".
Müəllif: Elmir Murad
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026