“Rosaviasiya” rəhbərinin Aktauda Embraer təyyarəsinin fəlakəti ilə bağlı açıqlaması

15:44 - 27.12.2024


27 dekabr, Fineko/abc.az. "Aktau yaxınlığında Embraer təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Rusiya tərəfi dərhal Qazaxıstan və Azərbaycanlı həmkarlarına bu faciəni araşdırmaq üçün əməkdaşlığa tam və hərtərəfli hazır olduqlarını bildirdi".

ABC.AZ xəbər verir ki, bunu “Rosaviasiya”nın rəhbəri Dimitriy Yadrov bildirib.

“Qroznı hava limanında fəlakət günü vəziyyət çox çətin idi. Həmin vaxt Ukrayna döyüş dronları Qroznı və Vladikavkazın mülki infrastrukturuna terror hücumları həyata keçirirdilər. Bununla bağlı, Qroznı hava limanının ərazisində bütün təyyarələrin göstərilən məkandan dərhal çıxması həyata keçirilirdi. Bundan əlavə, Qroznı hava limanının ərazisində qatı duman var idi. 500 metr yüksəklikdə görüntü mümkün deyildi. Təyyarə komandiri təyyarəni Qroznıya endirmək üçün iki dəfə cəhd etdi, lakin uğursuz oldu. Komandirə digər hava limanları təklif edildi. O, Aktau hava limanına getmək qərarına gəldi”, — deyə D.Yadrov bildirib.