Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı artıb, ya azalıb? - Hesabat

16:39 - 17.12.2024


17 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1953,3 milyon manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 2 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,7%, kimya sənayesi məhsullarının istehsalı isə 6% artıb.

Məlumata görə, hesabat dövründə kimya sənayesi məhsullarından karbamid istehsalı 48,2%, azot istehsalı 13,3%, metanol istehsalı 5,1%, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar istehsalı 3 dəfə, məsaməli plastik kütlədən sair plastinlər, lövhələr istehsalı 40,6%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 23,1%, polietilendən kisə və çantalar istehsalı isə 16,5% artıb.