11:25 - 17.12.2024
17 dekabr, Fineko/abc.az. Son 5 ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 52 milyard dollara çatıb.
ABC.AZ xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Gömrük-Biznes Forumu 2024: Dialoq” tədbirində çıxışı zamanı deyib.
O qeyd edib ki, gömrük prosedurlarının sadələşdirilməsi, brokratik maneələrin aradan qaldırılması sayəsində yerli və xarici investorlar üçün daha əlverişli imkanlar yaradılıb.
“Nəqliyyat dəhlizləri Azərbaycanın tranzit imkanlarını artırıb və biznes subyektləri üçün əhəmiyyətli imkanlar yaradıb. Xüsusi ilə Orta Dəhliz vasitəsi ilə Çindən Avropaya daşınan yüklərin tranzit müddəti 8-10 günə qədər azalıb” – deyə Prezidentin köməkçisi bildirib.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026