14:43 - 16.12.2024
16 dekabr, Fineko/abc.az. Xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumata görə, hazırkı vaxtadək Şəmkir, Astara, İsmayıllı, Ağsu və Zəngilan rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 37,6 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 63,9 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026