14:30 - 16.12.2024
16 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyevin noyabrın 7-də imzaladığı fərmanla yaradılmış Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsinə və onların vahid prinsiplərə uyğun idarə olunmasına xidmət edəcək.
ABC.AZ xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin iclasında 2025-ci ilin dövlət büdcəsi zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.
Xatırladaq ki, fərmana əsasən, Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı təsdiq edilib.
18 Avqust 2026