Rusiyanın bu vilayətində Türkiyə və Çinlə hava əlaqəsi yaradılacaq

11:28 - 16.12.2024


16 dekabr, Fineko/abc.az. Türkiyə, Çin, İrkutsk və Xabarovska yeni hava istiqamətlərinin 2025-ci ildə Tomsk vilayətində istifadəyə verilməsi planlaşdırılır.

ABC.AZ xəbər verir ki, bu barədə Tomsk vilayətinin qubernatoru Vladimir Mazur bildirib.

"Regional şəbəkə tam olmalıdır. Bu ehtiyac iqtisadiyyatın inkişafı, sərnişinlər, turistlər tərəfindən diktə olunur", —deyə Mazur bildirib.

Onun sözlərinə görə, 2025-ci il üçün beynəlxalq istiqamətdə Çin ilə il boyu hava əlaqəsi və Türkiyəyə yay reysləri nəzərdə tutulub. Həmçinin, reysin açılması təklifi ilə Özbəkistan hakimiyyəti də çıxış edib.